EN

Şahbaz Şərif "yaşıl" gündəm irəli sürüb: Pakistan İƏT çərçivəsində dayanıqlı inkişaf yolunu dəstəkləyir

Bakı. Trend:

Pakistanın Baş naziri Şahbaz Şərif Xankəndidə keçirilən İqtisadiƏməkdaşlıq Təşkilatının (İƏT) 17-ci Zirvə görüşündə təşkilatçərçivəsində azkarbonlu dəhlizlərin yaradılmasını təklif edib.

Təklifə karbon bazarının yaradılması, təbii fəlakətlərə qarşıregional dayanıqlılıq sistemlərinin qurulması və iqlimmaliyyələşdirilməsinin səfərbər olunması üçün platformanınformalaşdırılması daxildir. Bu təşəbbüs dayanıqlı iqtisadi artımıstimullaşdırmaq, xüsusilə gənclər və qadınlar üçün “yaşıl” işyerləri yaratmaq, eyni zamanda, həssas bölgələri dəstəkləməkməqsədi daşıyır.

İqlim dəyişikliklərinin ciddi fəsadları ilə üzləşən Pakistanregionda dayanıqlı inkişaf üzrə əməkdaşlığın gücləndirilməsinə canatır.

Pakistan 2024-cü ilin noyabrında Bakıda keçirilmiş COP29sammitində iqlim diplomatiyasının gücləndirilməsi və həssas ölkələrüçün maliyyə resurslarının səfərbər olunması ilə bağlı fəal mövqesərgiləyib.

Şahbaz bu sammitin “maliyyə COP-u” kimi çıxış edərək verilmişvədlərə etimadın bərpasına və inkişaf etməkdə olan ölkələr üçüniqlim maliyələşməsinin artırılmasına təkan verəcəyinə ümidvarolduğunu bildirib. İƏT görüşündə o, inkişaf etmiş ölkələrin iqlimmaliyyələşdirilməsi sahəsindəki maliyyə öhdəliklərinin yerinəyetirilməsinin əhəmiyyətini də xüsusi vurğulayıb.

Bundan əlavə, Pakistan İƏT çərçivəsində regional inteqrasiyanınvə ticarət əlaqələrinin möhkəmləndirilməsi istiqamətində də fəalişləyir. Bu kontekstdə “Şimal-Cənub” kimi nəqliyyat dəhlizilayihələri önə çıxır. Belə layihələr Pakistan üçün yeni bazarlaraçıxış və regional əlaqələrin gücləndirilməsi baxımından mühüm roloynaya bilər.

Təklif edilən təşəbbüsün həyata keçirilməsi üçün “yaşıl”layihələrə investisiyaların cəlb olunması, karbon kvotalarınınticarət mexanizmlərinin yaradılması və müvafiq infrastrukturuninkişaf etdirilməsi vacibdir. Uğur isə İƏT-ə üzv ölkələrin siyasiiradəsindən və səmərəli əməkdaşlıqdan asılı olacaq. Pakistanıntəklifi regionun dayanıqlı iqtisadiyyat yolunda irəliləməsi vədigər inkişaf etməkdə olan ölkələr üçün nümunə olması baxımındanmühüm addım ola bilər.

Məqalədə:
Chosen
8
50
az.trend.az

10Sources