Tramp və Merz Ukraynanın hava müdafiəsini gücləndirməyi müzakirə etdilər.
Xalqcebhesi.az Der Spiegel-ə istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Almaniya kansleri Fridrix Merz ilə telefon danışığı zamanı Ukraynanın hava hücumundan müdafiə (PVO) sisteminin gücləndirilməsini müzakirə edib.
“Müzakirənin mövzusu Ukraynadakı vəziyyət, o cümlədən ölkənin hava hücumundan müdafiə sisteminin gücləndirilməsi olub. Bundan başqa, Merz və Tramp ticarət məsələləri barədə fikir mübadiləsi aparıblar,” — nəşr qeyd edir.
Məryəm Quliyeva