EN

Nigeriya yığmasının keçmiş qapıçısı vəfat etdi

Nigeriya yığmasının keçmiş qapıçısı Piter Rufai dünən, iyulun 3-də uzun sürən xəstəlikdən sonra 61 yaşında vəfat edib.

Arena.az bu barədə Nigeriya Futbol Federasiyasının (NFF) mətbuat xidmətinə istinadən məlumat verir.

Rufai karyerasının ən parlaq dövrünü Portuqaliyanın “Farense” klubunda keçirib. Bundan başqa Rufai Nigeriyada, Benində, Belçikada, Niderlandda və İspaniyada çıxış edib, amma “Farense”də olduğu qədər diqqət çəkməyib.

Rufai Nigeriya yığmasının heyətində 1983-1998-ci illərdə çıxış edib, “superqartallar”ın qapısını 30 oyunda qoruyub, 32 qol buraxıb, 12 oyunda isə qapısının toxunulmazlığını təmin edib.

Piter Rufai Nigeriya yığmasının heyətində 1998-ci ildə Fransada keçirilmiş dünya çempionaında İspaniya yığması ilə tarixi oyunda qurtarışları ilə diqqət çəkib. Qrup mərhələsinin 1-ci turu çərçivəsində keçirilmiş həmin oyunda Nigeriya yığması ulduzlardan ibarət İspaniya yığmsı üzərində əzmkarcasına 3:2 hesablı gözlənilməz qələbə qazanmışdı.

Piter Rufai Nigeriya yığması ilə Afrika Kubokunun (1994) qalibi olub. Bu nigeriyalı qapıçının böyük futbolda ilk və yeganə qənimətidir.

Chosen
15
4
arena.az

6Sources