Siyasi şərhçi Asif Nərimanlı Demokrat.az-a açıqlamasında deyib ki, son dövrlərdə Azərbaycanla Özbəkistan arasında inkişaf edən münasibətlər, təkcə iki qardaş ölkə arasında deyil, bütövlükdə Türk dünyası və Orta Asiya üçün nümunəvi bir model kimi dəyərləndirilə bilər:
“Bu münasibətlər, öz mahiyyətinə və formalaşma tərzinə görə, illərdir Azərbaycan və Türkiyə arasında mövcud olan “bir millət, iki dövlət” anlayışına əsaslanan strateji tərəfdaşlığın davamı kimi görünür.
Azərbaycan və Özbəkistan rəhbərləri arasında qurulan səmimi dostluq, qarşılıqlı hörmət və əməkdaşlıq üzərində formalaşan bu münasibətlərin kökündə isə ümumi milli maraqlar dayanır.
Hər iki ölkənin strateji baxışları, həm regional sabitliyin təmin olunmasına, həm də Türk dövlətləri arasında dərin inteqrasiyaya töhfə verir. Bu baxımdan atılan birgə addımlar yalnız ölkələrin özünə deyil, bütövlükdə Türk coğrafiyasına müsbət təsir göstərir. Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana etdiyi rəsmi səfəri də bu münasibətlərin yeni mərhələyə keçdiyini sübut edir.
Xüsusilə, işğaldan azad olunmuş ərazilərə səfər etməsi, həmin bölgələrdə əməkdaşlıq imkanlarını nəzərdən keçirməsi və bir sıra mühüm sənədlərin imzalanması, bu əlaqələrin nə qədər dərin və məqsədyönlü olduğunu göstərir. Bu səfər və ümumilikdə Azərbaycan–Özbəkistan münasibətləri, digər türk dövlətləri üçün də bir yol xəritəsi ola bilər”.
Siyasi şərhçi qeyd edib ki, Türkiyə-Azərbaycan münasibətləri illərdir Türk dünyasında bir model kimi təqdim olunur:
“Artıq bu çərçivəyə Özbəkistan da güclü şəkildə daxil olur. Türk dövlətləri arasında siyasi, iqtisadi, mədəni və hərbi sahələrdə inteqrasiyanın gücləndirilməsi istiqamətində bu münasibətlər böyük əhəmiyyət daşıyır. Bu baxımdan, Azərbaycan–Özbəkistan əlaqələrinin inkişafı təkcə iki ölkənin milli maraqlarına xidmət etmir, eyni zamanda Türk dünyasının birliyinin möhkəmləndirilməsi yolunda da əhəmiyyətli addım kimi qiymətləndirilməlidir”.
Leyla Turan
Demokrat.az
10Sources
-
xalqqazeti.azAzərbaycan–Özbəkistan strateji tərəfdaşlığı: ortaq tarixdən ortaq gələcəyə ( 18988843)
-
xalqqazeti.azƏli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşdü ( 18988675)
-
xalqqazeti.azBMT Komissiyası Səhiyyə Nazirliyi ilə əməkdaşlıq qurur ( 18988672)
-
qaynarinfo.az2030 cu ilə qədər texnoloji lider olacaq şəhərlər açıqlandı ( 18987520)
-
operativmedia.azAlmaniyada sığınacaq üçün müraciətlərin sayı kəskin şəkildə azalıb ( 18986800)
-
hafta.azƏfqanıstanla nəqliyyat-logistika sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub ( 18985426)
-
hurriyyet.azADY və Əfqanıstan rəsmiləri əməkdaşlığı müzakirə etdi ( 18985297)
-
interpress.azADY və Əfqanıstan rəsmiləri nəqliyyat-logistika üzrə əməkdaşlığı müzakirə ediblər ( 18985267)
-
azadmedia.azƏli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşdü » AzadMedia.az ( 18985219)
-
azadmedia.azADY və Əfqanıstan rəsmiləri nəqliyyat-logistika sahəsində əməkdaşlığın perspektivlərini müzakirə ediblər » AzadMedia.az ( 18985201)