EN

Araz Naxçıvan Rövşən Hüseynlini və daha 2 yerli oyunçunu heyətinə qatdı AÇIQLAMA

Fanat saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Futzal üzrə Azərbaycan millisinin qapıçısı Rövşən Hüseynli sabiq komandası “Araz-Naxçıvan”a dönüb.

Bu barədə Fanat.Az-a Naxçıvan təmsilçisinin vitse-prezidenti Mahmud Sadıqov məlumat verib: 

"Rövşənlə münasibətləri rəsmiləşdirdik. Onunla 1 mövsümlük müqavilə imzalandı. 

Hüseynlidən başqa, heyətə daha iki yerli oyunçu cəlb etmişik. "Neftçi" İK-dən Mirzə Əmirovu götürdük. Bir də "Yeni Yasamal"da icarədə olan Qüdrət Qasımzadəni qaytardıq". 

Qeyd edək ki, Rövşən Hüseynli son olaraq Qazaxıstan təmsilçisi “Astana”da çıxış edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
2
9
fanat.az

6Sources