EN

Siqaret çəkən şəxslərə XƏBƏRDARLIQ Belə hallarda...

ain.az, Yenisabah portalına istinadən məlumat verir.

Yay mövsümündə havaların quraq və isti keçməsi yanğın riskini daha da yüksəldir.

Yenisabah.az xəbər verir ki, bu dövrdə baş verən bir çox yanğın hadisələrinin səbəbi isə insan məsuliyyətsizliyindən qaynaqlanır. Xüsusilə açıq havada siqaret çəkənlərin ehtiyatsız davranışı, siqaret kötüyünü söndürmədən yerə atması tez alışan mühitdə yanğının sürətlə yayılmasına səbəb ola bilər.

Yolkənarı otluq sahələr, meşəliklər, quru otla örtülmüş boş torpaq sahələri yay aylarında adətən yüksək risk zonası sayılır. Bu ərazilərdə atılan yanan siqaret kötüyü qısa zamanda alovlanma yarada və geniş sahəni əhatə edən yanğına səbəb ola bilər. Marqarita pizza

Yanğınlar təkcə təbiətə zərər vermir, həm də yaxınlıqdakı evlərə, avtomobillərə və insanların həyatına təhlükə yaradır. Odur ki, hər bir şəxs bu məsələdə məsuliyyətli olmalı, açıq havada siqaret çəkdikdən sonra kötüyü tam şəkildə söndürməyə diqqət etməlidir.

Xüsusilə piknik və istirahət zamanı tullantıların ətraf mühitə atılması, oddan və siqaretdən düzgün istifadə olunmaması böyük təhlükələr doğura bilər. Belə hallarda ən kiçik laqeydlik belə ciddi nəticələrə gətirib çıxara bilər.

Unutmayaq: Yayda bircə siqaret kötüyü yüzlərlə hektar ərazini külə çevirə bilər. Ehtiyatlı olaq ki, istirahətimiz faciəyə çevrilməsin.

Aytac Əliyeva

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
3
13
yenisabah.az

10Sources