Mingəçevirdə 31 yayşlı qadın sirkə turşusundan zəhərlənib.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, durumu ağır olan qadın paytaxt klinikalarından birinə göndərilib.
Hadisə Naxçıvan küçəsi 48/1, mənzil 5-də qeydə alınıb.
Naməlum səbəbdən sirkə turşusundan zəhərlənən 1994-cü il təvəllüdlü Hüseynova Aytən Məcnun qızı təcili xəstəxanaya çatdırılıb.
Burada ona ilkin zəruri tibbi yardım göstərilib, daha sonra vəziyyəti ağır olanq qadını paytaxt klinikalarından birinə yola salıblar.
Faktla bağlı araşdırma aparılır.