EN

ABŞ-dakı erməni diasporunun bu layihəsi Ermənistanı rüsvay etdi

Qarabağda meşələri kütləvi məhv edən İrəvan, Ermənistanda da təbiətə qənim kəsilibmiş

ABŞ-dakı erməni diasporunun nümayəndələrindən olan Anna Turcotte ermənilərin təbiətə guya qayğıkeş münasibət bəslədiyini göstərmək və ekologiya mövzusunda da beynəlxalq birliyi manipulyasiya etmək üçün  yenidən rəhbəri olduğu Talın meşələri layihəsi ilə bağlı kampaniyaya start verib. Bir neçə il bundan öncə ianə hesabına əkilən ağacların böyüməkdə olduğunu qeyd edən diaspor təmsilçisi, Ermənistanda meşələrin bərpasının vacibliyinə diqqət çəkib. O, qeyd edib ki, Talın meşələri layihəsi Ermənistanda meşələrin bərpasına yönələn ilk böyük layihədir.

Maraqlıdır ki, qondarma erməni “ziyalısının” məqsədi bu kampaniya ilə Ermənistanın ekologiyaya verdiyi əhəmiyyəti beynəlxalq ictimaiyyəin diqqətinə çatdırmaq olsa da, nəticə etibarı ilə aparılan reklam kampaniyası əks effect verib. Diaspor təmsilçisinin öz paylaşımından da məlum olub ki, İrəvan sadəcə vaxtiylə işğalda saxladığı meşələri deyil, öz ərazisindəki yaşıllıqlara da qənim kəsilib, ekologiyaya divan tutub. Belə olmasaydı, o zaman Ermənistanda meşələrin bərpası kampaniyasına start vermək, bunun üçün beynəlxalq miqyasda dilənçilik kampaniyası aparmağa ehtiyac olmazdı.

Məlumat üçün qeyd edək ki, Ermənistanın ekologiyaya vurduğu ziyan – meşələrin məhvi, su hövzələrinin çirkləndirilməsi, atmosferi zəhərləməsi kimi faktlar zaman-zaman dünya mediasında da işıqlandırılıb və bu gün də işıqlandırılmaqdadır.

Seymur ƏLİYEV

 

Chosen
14
50
moderator.az

10Sources