EN

“Babam nənəmlə 60 yaşında evlənib”

Olay.az saytına istinadən ain.az xəbər verir.

“Babam nənəmlə 60 yaşında evlənib”

Müğənni Nərmin Kərimbəyova açıqlaması ilə diqqət çəkib.

OLAY yazır ki, sənətçi “Sən olsaydın” verilişində nənəsi ilə babasının tanışlıq hekayəsindən danışıb:

“Babam nənəmlə 60 yaşında ailə qurub, 3-cü evliliyi olub. Nənəmin 40 yaşı var imiş, babamın 60. Nənəm daha əvvəı evli olub, 3 övladı dünyaya gəlib, həyat yoldaşı müharibəyə gedib. Lakin yeni xanımı ilə qayıdıb, deyib ki, ikinizi də saxlayacam. Nənəm deyir ki, sağ ol, mənə elə lazım deyil.  Bakıya gəlir, oxuyub həkim olur, çox əziyyət çəkir. Gədəbəydən idi. Hər şeyə nail olur, işləyib 3 övladını böyüdür. Nəhayət 40 yaşında babamla tanış olur, babam bəy nəslindəndir, Azərbaycanda Dəmiryol Vağzalının ilk rəisi olub. Babamın birinci xanımı rəhmətə gedib, 4 uşaqla qalıb. İkinci dəfə evləndiriblər, ondan da 2 uşağı dünyaya gəlib. Qadının psixoloji problemləri olur, xəstəxanaya yerləşdirilir, ömrünün sonuna qədər orda yaşayır. Altı övladla 10-15 il tək yaşayır. Nənəmlə tanış olur, nəticədə atam dünyaya gəlir. Nə yaxşı ki, atama dünyaya gəlib. Nənəm deyir, fikirləşdim ki, Balabəyin övladı olmalıdır. Ömrünün sonuna qədər deyirdi ki, nə yaxşı atanı dünyaya gətirdim”.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
19
24
olay.az

10Sources