ABŞ-nin şimal-şərqində yaşayan bəzi sakinlər iyulun 4-ü, gecəni güclü yağış, külək və dolu gətirən şiddətli tufanla keçiriblər.
Qaziler.az xəbər verir ki, bu barədə “Associated Press” yazır.
Xəbərdə sosial şəbəkədəki paylaşımlara əsasən qeyd olunub ki, fırtınalar Nyu Cersinin mərkəzində ən azı üç nəfərin ölümünə səbəb olub. Belə ki, ölənlərdən iki kişinin fırtına zamanı ağacın avtomobilin üzərinə düşməsi nəticəsində həlak olduğu qeyd olunub.
Rəsmilər ölən şəxslərin 79 və 25 yaşlarında olduğunu bildiriblər.
Hava ilə əlaqədar şəhərdə keçirilməsi planlaşdırılan 4 iyul paradı, konserti və atəşfəşanlığı ləğv edilib.
QAZİLER.AZ