"Yuventus" klubu Kanada milli komandasının üzvü Conatan Davidlə müqavilə imzalayıb.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
25 yaşlı forvardla bağlanan müqavilə 30 iyun 2030-cu ilədək qüvvədə olacaq.
İtaliya mediasının məlumatına görə, futbolçu "Qoca sinyora"da illik 6 milyon avro maaş alacaq.
Davidin son klubu Fransa təmsilçisi "Lill" olub. O, bu klubla müqaviləsinin müddəti 1 iyulda başa çatıb. Kanadalı hücumçu 2020-ci ildən etibarən "Lill"in formasını geyinib. 2024/2025 mövsümündə o, bütün turnirlərdə 49 oyuna çıxaraq 25 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb.
“Transfermarkt” portalına əsasən, Conatan Davidin bazar dəyəri 45 milyon avro təşkil edir.