EN

Azərbaycan və Pakistan qarşılıqlı sərmayələri fəal təşviq edəcəklər » AzadMedia.az


Azərbaycan və Pakistan qarşılıqlı sərmayələrin fəal təşviqi və ölkələrin biznes subyektləri arasında tərəfdaşlığın perspektivlərini müzakirə edib.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

"Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə Görüşü çərçivəsində Pakistanın Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar ilə görüşmək xoş olub.

İkitərəfli iqtisadi-ticarət əlaqələrinin gücləndirilməsi, qarşılıqlı sərmayələrin fəal təşviqi və ölkələrimizin biznes subyektləri arasında tərəfdaşlığın perspektivləri barədə fikirlərimizi bölüşdük”, - deyə M.Cabbarov bildirib.

Görüşdə vurğulanıb ki, iki dost ölkə arasında əlaqələr qarşılıqlı etimad şəraitində möhkəmlənir, müxtəlif sahələrdə əməkdaşlıq yüksələn xətlə inkişaf edir. Azərbaycan-Pakistan tərəfdaşlığının iqtisadi əlaqələrin şaxələndirilməsi üçün yaratdığı imkanlar, birgə layihələrin reallaşdırılması perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Chosen
25
50
azadmedia.az

10Sources