EN

Kayl Uoker karyerasını bu klubda davam etdirəcək

"Bernli" İngiltərə millisinin və "Mançester Siti"nin müdafiəçisi Kayl Uokerin transferini reallaşdırmaq üzrədir.

90deqiqe.Az-ın məlumatına görə, tərəflər artıq razılaşmanın son mərhələsinə çatıb. Ümumi transfer dəyəri 5 milyon funt sterlinq təşkil edəcək.

Bu məbləğ yalnız Uoker mövsüm ərzində oyunların 70 faizində iştirak etsə və komanda Premyer Liqada qalmağı bacarsa, tam şəkildə ödəniləcək.

Jurnalist Deyvid Ornşteyn isə əlavə edib ki, 34 yaşlı müdafiəçi "kleretlər"lə iki illik müqavilə imzalayacaq.

Qeyd edək ki, Uoker 2023/24 mövsümündə "Milan"ın heyətində icarə əsasında çıxış edib. Müdafiəçinin "Mançester Siti" ilə müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədədir. O, 2017-ci ildən etibarən "şəhərlilər"in heyətində çıxış edir və bu müddət ərzində altı dəfə İngiltərə Premyer Liqasının qalibi olub.

"Transfermarkt" portalı təcrübəli futbolçunu 4 milyon avro dəyərində qiymətləndirir.

Chosen
28
3
90deqiqe.az

10Sources