EN

3 uşağın ölümü ilə bağlı yeni TƏFƏRRÜAT

Xəbər verdiyimiz kimi, Şəmkirdə 3 uşaq suda boğularaq ölüb.

 

Modern.az-ın “Report”a istinadən məlumatına görə, 2016-cı il təvəllüdlü Nadirli Fərdi Teymurxan oğlu, 2018-ci il təvəllüdlü Nadirli Rəvan Teymurxan oğlu və əmisi oğulu, 2021-ci il təvəllüdlü Nadirli İsmayıl Nəriman oğlu birlikdə süni göldə çimməyə gediblər.

 

Məlumata görə, 4 yaşlı İ.Nadirli suda batıb, bu zaman iki qardaş onu xilas etməyə çalışsalar da, onlar da suda boğulublar.

Chosen
19
41
modern.az

10Sources