Redaktor.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Şagirdlərin sinifdən-sinfə keçirilməsi, təkrar sinifdə saxlanılması kimi məsələlər Azərbaycan Respublikası Təhsil Nazirliyinin 01 may 2014-cü il tarixli müvafiq əmri ilə təsdiq olunmuş “Ümumi təhsil müəssisələrində şagirdlərin sinifdən-sinfə keçirilməsi haqqında müvəqqəti Qaydalar” ilə tənzimlənir.
Redaktor.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib.
"Qaydalara görə şagirdə illik qiymət yarımillik qiymətlər əsasında çıxarılır. Yarımillik qiymətlər isə KSQ və BSQ-lər əsasında müəyyən edilir. Şagird 1-3 fəndən illik qeyri-kafi qiymət alarsa, ona yay tapşırığı verilir. Tapşırığı mənimsəyənlər yuxarı sinfə keçirilir. 4 və daha artıq fəndən illik qeyri-kafi qiymət alanlar təkrar sinifdə saxlanılırlar",- məlumatda deyilir (azedu).
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.