EN

Texasda daşqınlar insan tələfatına səbəb oldu

Texasda daşqınlar insan tələfatına səbəb oldu

ABŞ-ın Texas ştatında güclü yağışların yaratdığı daşqınlar nəticəsində çoxsaylı insan tələfatı qeydə alınıb. Bu barədə Associated Press məlumat yayıb.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, Kerr dairəsində bir neçə saat ərzində yağan 10 düymədək (təxminən 25 sm) yağış Qvadalupe çayının qəfil daşmasına səbəb olub. Nəticədə çayın sahilində yerləşən yaşayış məntəqələri və düşərgələr təhlükə ilə üzləşib. Xilasetmə qrupları cümə günü hadisə yerinə qayıqlarla cəlb olunub.

Dairənin yüksək rəsmi nümayəndəsi Rob Kelli daşqınlar zamanı bir neçə nəfərin həyatını itirdiyini, onlarla insanın sudan xilas edildiyini təsdiqləyib. O, dəqiq rəqəmlərin hələlik açıqlanmadığını və ölənlərin şəxsiyyətinin müəyyənləşdirilməsi üzərində iş aparıldığını bildirib.

Kelli həmçinin qeyd edib ki, axtarış-xilasetmə işləri davam edir, çünki bir sıra şəxslər itkin düşmüş hesab olunur.

Chosen
10
17
afn.az

10Sources