"Əl-Nəsr" "Arsenal"ın futbolçusu Qabriel Martinelli ilə maraqlanır.
İdman.biz xəbər verir ki, Səudiyyə Ərəbistanı klubu bu transfer üçün 73 milyon funt sterlinq xərcləməyə hazırdır.
Əgər sövdələşmə baş tutarsa, bu, "Arsenal"ın tarixində ən bahalı keçid olacaq. Qabrielin komanda ilə iki illik müqaviləsi var. Londonlular Martinelliyə əvəzedici kimi "Liverpul"da çıxış edən Luiz Diası görürlər.
Qeyd edək ki, braziliyalı vinger son mövsümdə "topçular"ən heyətində bütün turnirlərdə 51 matçda 10 qol vurub, 6 ötürmə verib.
İdman.biz