EN

Türkiyə klubunun basketbolçusu zorlamada təqsirli bilindi

Türkiyənin “Mərkəzəfəndi” klubunun amerikalı basketbolçusu Ben Maklemor zorlamada təqsirli bilinib. SİA xəbər verir ki, bu barədə ESPN məlumat yayıb. Hadisə 2021-ci ildə bir ziyafətdə baş verib və ittihamlar ilk dəfə 2024-cü ilin aprelində irəli sürülüb. Cinayət törətdiyi zaman 21 yaşında olan zərərçəkmiş bildirib ki, o, həmin vaxt güclü sərxoş olub. Maklemor məhkəmədə ifadəsində bildirib ki, o, həmin vaxt sərxoş olsa da, qızla intim münasibətdə olmaq üçün razılıq alıb. İndi basketbolçunu növbəti məhkəmə iclası gözləyir, ona iyulun 9-da hökm oxunacaq.

Chosen
6
36
sia.az

10Sources