EN

ABŞ müstəqilliyinin 249-cu ildönümünü qeyd edib

ABŞ-nin Müstəqillik Günü münasibətilə Nyu-Yorkda möhtəşəm atəşfəşanlıq baş tutub.

“Report”un ABŞ bürosu xəbər verir ki, builki tədbir Nyu-York şəhərinin 400 illik yubileyi ilə eyni vaxta təsadüf edib.

Möhtəşəm bayram şousu Bruklin körpüsü və East çayı boyunca yerləşdirilmiş dörd ayrı platformadan həyata keçirilib. Gecə ərzində səmaya 80 minə yaxın raket buraxılıb, nümayiş zamanı rəngarəng və texnoloji baxımdan zəngin vizual effektlər tətbiq olunub.

Şəhərin müxtəlif yerlərində quraşdırılmış monitorlar, eləcə də yerli televiziya kanallarında canlı yayım vasitəsilə tədbir milyonlarla tamaşaçı tərəfindən izlənilib.

Gecə saatlarında şəhərdəki nəhəng binalar ABŞ bayrağının rənglərinə boyanıb. Şəhər rəhbərliyi və hüquq-mühafizə orqanları tərəfindən təhlükəsizlik tədbirləri gücləndirilib, mərkəzi küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Tədbiri izləmək üçün gələnlər üçün xüsusi açıq müşahidə zonaları ayrılıb.

Qeyd edək ki, bu il ABŞ xalqı müstəqilliyinin 249-cu illini qeyd edir. Belə ki, 1776-cı il iyulun 4-də İkinci Kontinental Konqres Şimali Amerika koloniyalarının Böyük Britaniyadan ayrılmasını bəyan edən Müstəqillik Bəyannaməsini yekdilliklə qəbul edib. Amerikalıların əksəriyyəti bu bayramı sadəcə onun tarixinə görə "Dörd iyul" adlandırırlar.


Chosen
11
2
azia.az

10Sources