EN

Honkonqda Brüs Li muzeyi qapılarını bağlayır

Honkonqda məşhur aktyor və döyüş sənətləri ustası Brüs Liyə həsr olunmuş muzey bağlanıb.

Busaat.az xəbər verir ki, bu barədə məlumatı aktyorun rəsmi fan-klubu özünün “Facebook” səhifəsində paylaşıb.

Muzeyin kolleksiyasında 2 minə yaxın eksponat – heykəllər, jurnallar və nadir videolar yer alır.

Muzeyin gəlirləri hələ COVID-19 pandemiyası dövründə azalmağa başlamışdı. Onun yenidən açılıb-açılmayacağı hələlik məlum deyil.

Qeyd edək ki, Brüs Li fan-klubu onun ailəsi tərəfindən yaradılıb.

“Qəzəb yumruğu” və “Əjdaha yolu” filmləri ilə tanınan aktyor 1973-cü ilin iyulunda, cəmi 32 yaşında vəfat edib.

Chosen
9
10
busaat.az

10Sources