Erməni Apostol Kilsəsinin həbsdə olan arxiyepiskopları Baqrat Qalstanyan və Mikael Acapaxyan aclıq aksiyası elan ediblər.
Publika.az xəbər verir ki, bu barədə Acapaxyanın vəkillərinin yaydığı bəyanatda deyilir.
Bəyanatda bildirilir: “Bizə qarşı konstitusiyaya zidd prosesi pisləyərək 5 iyul Konstitusiya Günü ilə əlaqədar bir günlük aclıq aksiyası elan edirik”.
Qeyd edək ki, iyunun 26-da Ermənistanda “Müqəddəs mübarizə” müxalifət hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyan həbs edilib. Din xadimi və onun tərəfdarları hakimiyyəti ələ keçirmək məqsədi ilə ölkədə terror aktları təşkil etməkdə ittiham olunurlar.