EN

Ötən həftə Azərbaycanın maliyyə sektorunda baş verənlər - İCMAL

Bakı. Trend:

Ötən həftə Azərbaycan və Macarıstan mərkəzi banklarının sədrləriregional iqtisadi vəziyyəti müzakirə ediblər.

Trend xəbərverir ki, bununla yanaşı, Özbəkistanla qarşılıqlı investisiyalarıntəşviq barədə müzakirələr aparılıb, Gürcüstanla maliyyə sektorunda müasiryanaşmaların tətbiqi müzakirə edilib, Pakistan qarşılıqlı sərmayələrin fəal təşviqimüzakirə olunub.

Keçən həftə məlum olub ki, Azərbaycanda may ayında “Visa” ödənişkartları ilə əməliyyatların sayı 124,153 milyon ədəd,əməliyyatların həcmi isə 7milyard manat, “MasterCard” kartları vasitəsilə əməliyyatlarınsayı 77,346 milyon ədəd, əməliyyatların həcmi isə 5milyard manat, “American Express” kartları vasitəsiləəməliyyatların sayı 7,6 min ədəd, əməliyyatların həcmi isə 900 minmanat olub.

Açıqlanan məlumatlara görə, cari ilin yanvar-iyun ayları üzrədövlət büdcəsinin gəlirləri 19,8 milyard manat, xərcləri isə17,1 milyard manat təşkil edib. Dövlət Neft Fondundan(ARDNF) büdcəyə transfert illik müqayisədə 850 milyon manat və ya13,3% artaraq 7,240 milyard manat olub. İqtisadiyyat Nazirliyiyanında Dövlət Vergi Xidmətinin (DVX) xətti ilə dövlət büdcəsinədaxilolmalar 422 milyon manat və ya 5,1% artaraq 8,7milyard manata çatıb. Sosial sığorta haqları üzrə daxilolmalar3 milyard 146 milyon manata yaxın olub. Dövlət GömrükKomitəsinin xətti ilə büdcə daxilolmaları 161 milyon manat və ya 5%azalaraq 3,1 milyard manata düşüb. Dövlət əmlakınınicarəyə verilməsindən dövlət büdcəsinə daxilolmalar isə 4,1 milyonmanat və ya 23% artaraq 21,9milyon manata çatıb.

Cari ilin iyul ayının 1-nə respublikada uçotda olan vergiödəyicisilərinin sayı 1.630.743 min olub. Aktiv ƏDV ödəyicilərinin sayı isə5,2% artaraq 55,6 min təşkil edib. Cari ilin iyulun 1-dənetibarən fiziki şəxslər teatr tamaşaları, film nümayişi, muzeyziyarəti və simfonik orkestrin konserti kimi mədəniyyətxidmətlərindən nağdsız qaydada istifadə etdikdə, ödənilmiş əlavədəyər vergisinin (ƏDV)50 %-ni geri ala biləcəklər.

Ötən həftə Maliyyə Nazirliyi tərəfindən keçirilən növbətidepozit hərracında vahid xəzinə hesabının 500 milyon manat həcmindəqalığı kapitallaşma və aktivlərinin məbləği səviyyəsinə görəölkənin ən iri beş bankından təklif təqdim edən üç bankında 29 günmüddətinə, 7.25% orta çəkili faiz dərəcəsi ilə depozitəyerləşdirilib.

Həmçinin, ötən həftə Azərbaycan Mərkəzi Bank (AMB) tərəfindən“MilliKart” MMC-yə ödəniş sistemi operatoru fəaliyyətini həyatakeçirmək hüququ verən lisenziya verilib.

Cari ilin may ayında Azərbaycanda fəaliyyət göstərən banklar309,275 milyon ABŞ dolları alqı-satqısı, 22,745 milyonavro alqı-satqısı həyata keçirib.

Keçən həftə “Moody’s Ratings” Azərbaycanın kredit reytinqiniinvestisiya səviyyəsinə yüksəldib.

İnvestisiya şirkətlərinin yanvar-iyun ayları üzrə dövriyyələrinəgörə renkinqi açıqlanıb.

Məqalədə:
Chosen
11
28
az.trend.az

10Sources