EN

Hindistanda daşqınlar 69 nəfərin həyatına son qoyub

Hindistanın Himaçal-Pradeş ştatında güclü yağışların səbəb olduğu daşqın və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 69-a çatıb.

Yeni Dehlidə yerləşən NDTV telekanalının verdiyi məlumata görə, Himaçal-Pradeş ştatının şimal hissəsi iyunun 20-dən musson yağışlarının təsiri altındadır.

İyunun 20-dən iyulun 3-dək yağan leysan yağışları nəticəsində yaranan sel və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 69-a, yaralıların sayı isə 110-a yüksəlib.

250-yə yaxın yolun bağlandığı ştatın müxtəlif bölgələrində itkin düşmüş 37 nəfərin tapılması üçün axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

Hindistan Meteorologiya Departamenti (IMD) Himaçal-Pradeş ştatı üçün verdiyi tövsiyədə güclü yağışların iyulun 7-dək davam edəcəyini bildirib.

“Times of India” qəzetinin məlumatına görə, yağışlar ştatda 46 milyon dollar ziyan vurub.

Himaçal - Pradeş ştatının baş naziri Suhvinder Sinqh Sukhu verdiyi açıqlamada yağışların infrastruktura ziyan vurduğunu və bəzi ərazilərdə elektrik enerjisinin kəsilməsinə səbəb olduğunu bildirib.

Cənubi Asiyada iyun-sentyabr ayları arasında baş verən musson yağışları hər il xüsusilə Hindistanda böyük təbii fəlakətlərə və qəzalara səbəb olur.

Rizvan CƏFƏROV,

“Azərbaycan”

Chosen
14
19
azerbaijan-news.az

10Sources