Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda yaşayan Mehri Gülmalıyeva redaksiyamıza müraciət edərək, illərdir 5 uşaq anası olmasına baxmayaraq, nə dövlət tərəfindən uşaq pulu, nə də sosial yardım ala bilmədiyini bildirib. Onun sözlərinə görə, bu müddət ərzində dəfələrlə yerli qurumlara müraciət etsə də, heç bir nəticə əldə etməyib.
Vətəndaşın “Yeni Sabah” redaksiyasına müraciətində bildirilir ki, sosial müdafiə və icra hakimiyyəti orqanlarından ona verilən cavablar nə qanunla, nə də insanlıqla uzlaşır:
"Mən Gülmalıyeva Mehri Naxçıvanda yaşayıram. 5 uşağım var. Dövlət tərəfindən heç bir yardım göstərilməyib. Aidiyyəti orqanlara müraciət etmişəm, deyirlər sizə heç nə düşmür. Dedilər keçi verək. Mən 5 uşağıma keçiyə necə baxım? Balaca uşağımın 2 yaşı var heç yerdə işləməyim mümkün deyil yoldasim fəhlədir”. Toyuqlu pizza
Mehri xanım əlavə edir ki, o, sadəcə hüququ olan yardımı almaq istəyir:
“Bilmək istəyirəm, həqiqətən də uşaq pulu və ya sosial yardım düşür, ya yox? Uşaqlarımın biri 1 yaşındadır, ailədə gəlirimiz yox səviyyəsindədir. Mən dövlətdən nə artıq, nə əskik – yalnız qanuni haqqımı tələb edirəm.”
Mehri Gülmalıyevanın sözlərinə görə, Culfa Rayon Sosial Müdafiə Mərkəzi və rayon İcra Hakimiyyəti ona açıq şəkildə bildiriblər ki, uşaq pulu yalnız 6 və daha artıq uşağı olan ailələrə verilir:
“Dedilər, 6 uşağın olmalıdır, ancaq onda yardım düşür. Məmurlardan artıq əlimi üzmüşəm. Neçə ildir qapı döyürəm, eşidən yoxdur. Nə edim, bilmirəm...”
Qeyd edək ki, “Sosial müavinətlər haqqında” qanuna əsasən, 5 və daha çox uşağı olan analar dövlət tərəfindən müəyyən müavinətlərlə təmin olunmalıdır. Mehriban xanımın bu iddiası, əgər həqiqəti əks etdirirsə, müvafiq qurumların vəzifə səhlənkarlığı və qanunun pozulması deməkdir.
Hazırda vətəndaş Mehri Gülmalıyevanın hüquqlarının bərpa olunması üçün Ombudsman Aparatı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Medianın diqqətinə ehtiyac var.
Qarşı tərəfin – Culfa Rayon Sosial Müdafiə Mərkəzinin və Culfa Rayon İcra Hakimiyyətinin mövqeyini işıqlandırmağa hazırıq.
Telegram kanalımız