Bakı. Trend:
ABŞ lideri Donald Tramp Çinə səfər edə bilər.
Trend xəbər verirki, bu barədə Ağ Ev rəhbəri Nyu-Cersi ştatına yollanarkən “birnömrəli təyyarənin” göyərtəsində jurnalistlərə verdiyi açıqlamadadeyib.
“Çin lideri Si Cinpin məni oraya dəvət etdi. O, mənə"Gələcəksən?" deyə soruşdu. O da buraya gələ bilər. Bizbir-birimizlə yaxşı münasibətdəyik”, - deyə Tramp bildirib.
Tramp əlavə edib ki, hələ növbəti dəfə hansı ölkəyə səfəredəcəyinə qərar verməyib:
“Hər şey daim dəyişir. Biz Avropaya səfəri planlaşdırırıq. MəniTürkiyəyə də dəvət ediblər. Açığı, demək olar ki, bütün ölkələrədəvət olunmuşam”, – deyə o bildirib.