Sabirabadda çayda boğulan gəncin meyiti tapılıb.
Far.Az report-a istinadən xəbər verir ki, Kür çayında çimərkən boğulan kənd sakini 2006-cı il təvəllüdlü Məmiyev Eldəniz Sabir oğlunun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
***09:57
Sabirabadda bir nəfər Kür çayında batıb.
Far.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Kür çayının Sabirabad rayonu, Ulacalı kəndindən keçən hissəsində 1 nəfər batıb.
Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.
Əlavə məlumat veriləcək.