Bakı.Trend:
İran hələ də beynəlxalq müfəttişlərə öz nüvə proqramına çıxışimkanı verməkdən imtina edir və uranın zənginləşdirilməsi prosesinidayandırmayıb.
Trend xəbər verirki, belə bir bəyanatla ABŞ-nin prezidenti Donald Tramp Nyu-Cersiştatına yollanarkən “bir nömrəli təyyarənin” göyərtəsində çıxışedib.
Jurnalistlərə verdiyi açıqlamada Amerika lideri bildirib ki,razılaşmaların olmamasına rəğmən, Tehrana göstərilən təzyiqsiyasəti nəticə verib, belə ki, İran İslam Respublikasının nüvəiddiaları ciddi şəkildə məhdudlaşdırılıb.
Lakin Tramp İran hakimiyyəti beynəlxalq ictimaiyyətdən gizlişəkildə başqa bir yerdə tədqiqatları bərpaya cəhd edə biləcəyiniistisna etməyib.
“Məncə, onların proqramı ciddi zərər görüb, bəlkə də, geridönməz şəkildə. Amma onlar hər şeyi yenidən başqa bir məkandabaşlaya bilərlər. Biz bunu anlayırıq”, – deyə Ağ Evin rəhbəribildirib.