
Almaniyalı politoloq və jurnalist Patrik Baab, “Deep Dive” YouTube kanalında çıxışı zamanı bildirib ki, ABŞ-ın prezidenti Donald Tramp, Ukrayna-Rusiya müharibəsində birbaşa iştirak etməmək üçün Avropa İttifaqını vasitəçi etməyə çalışır. Onun əsas məqsədi – bu münaqişəni “avropalaşdırmaqdır”.Baabın sözlərinə görə, Tramp ABŞ-ı münaqişədən çəkib, silah tədarükü və maliyyə yükünü Avropa ölkələrinin üzərinə yükləmək istəyir.Bu səbəbdən də NATO-nun yeni baş katibi Mark Rutte Trampın bütün təkliflərinə təslim olur, Böyük Britaniyanın baş naziri Kir Starmer isə artıq raket alışlarını Britaniya vergi ödəyicilərinin pulu ilə həyata keçirməyə hazırdır.“Avropa elitası heç nədən dərs çıxarmır. Onlar buna imkan da verə bilməz. Əvəzində, Aİ liderləri ölkələrini militarizasiya edir və Rusiya ilə müharibəyə hazırlaşırlar”, – deyə Patrik Baab xəbərdarlıq edib.Ulusum.az
Diqqət Çəkənlər
Trampdan Şok Açıqlama: ABŞ-ın Ukraynaya silah yardımı ehtiyatları tükəndirir
Tarixin ən böyük yalanı ifşa olundu – piramidaları qullar yox, peşəkarlar inşa edibmiş!
İlham Əliyev: "Azərbaycan həmişə haqq-ədalətin tərəfdarı olub"