EN

Avropa İttifaqı müharibə qorxusundan strateji mineral ehtiyatı yaradır

Avropa İttifaqı kritik əhəmiyyətli minerallar, maqnitlər və kabel təmiri üçün lazım olan avadanlıqlardan ibarət fövqəladə ehtiyat yaratmaq qərarına gəlib. Bu addım mümkün münaqişələr və infrastruktur hücumları ilə bağlı artan narahatlıqlar fonunda atılır.

Musavat.com xəbər verir ki, bu barədə Financial Times nəşri Avropa Komissiyasının sənəd layihəsinə istinadən məlumat yayıb.

Sənəddə bildirilir ki, risk səviyyəsinin yüksəlməsinə səbəb kimi "haktivistlərin, kibercinayətkarların və dövlət tərəfindən dəstəklənən qrupların fəallığının artması" göstərilir.

Aİ bu ehtiyatla özünü mümkün fors-major vəziyyətlərə qarşı müdafiə etməyə çalışır.

Musavat.com

Chosen
24
35
musavat.com

10Sources