EN

Ararat Mirzoyan gəlirlərini açıqladı

ain.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

Ermənistan xarici işlər naziri (XİN) Ararat Mirzoyan bəyannamədə açıqlanmayan mənbələrdən əldə etdiyi pullarla ev alıb.

Redaktor.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.

Bildirilib ki, nazir ötən il iki daşınmaz əmlak - mənzil və malikanə bəyan edib. Məlumata görə, onun həyat yoldaşı 2022-ci ildə Ermənistanın Kotayk vilayətinin Nairi icmasında 112 milyon dram (280 min dollar) dəyərində malikanə alıb.

A.Mirzoyan, həmçinin bank hesablarında təxminən 30 min dollar, eləcə də nağd şəkildə 2,8 milyon dram (7 min dollar) bəyan edib. Nazirin ötən ilki gəlirləri 24,7 milyon dram (62 min dollar) təşkil edib.

"Əgər 2021-ci ildə onun 34 milyon dram (85 min dollar) dəyərində mənzil satdığını nəzərə alsaq, 112 milyon dramın (280 min dollar) bir hissəsinin mənşəyi hələ də naməlumdur", - məlumatda bildirilib.

Qeyd edək ki, A.Mirzoyan 2021-ci ildən Ermənistanın xarici işlər naziri vəzifəsini tutur, bundan əvvəl isə parlamentin spikeri olub.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
2
50
redaktor.az

10Sources