EN

Pezeşkian Azərbaycana səfərini və liderlərlə görüşlərini müsbət qiymətləndirib

BAKI, TurkicWorld

İran prezidenti Məsud Pezeşkian, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşünü dostluq və müsbət atmosferdə keçən məhsuldar bir dialoq kimi dəyərləndirib.

TurkicWorld xəbər verir ki, O, bu barədə Tehranda keçirdiyi mətbuat konfransında, İqtisadi Əməkdaşlıq Təşkilatının XVII Zirvə Görüşündən qayıtdıqdan sonra danışıb.

Pezeşkianın sözlərinə görə, Azərbaycan Prezidenti ilə keçirilən görüşdə iqtisadi və regional əməkdaşlıq sahəsində əldə olunan razılaşmalar, gələcək əməkdaşlığın möhkəmləndirilməsi baxımından olduqca önəmlidir.

İran prezidenti əlavə edib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla keçirdiyi ikitərəfli görüş də çox konstruktiv və müsbət ruhda keçib. Bu görüşdə əsas diqqət iqtisadi məsələlərə və gələcək diplomatik koordinasiya imkanlarına yönəlib.

Məsud Pezeşkian, Pakistan Baş naziri Məhəmməd Şahbaz Şəriflə görüşdə də qarşılıqlı anlayışın və əməkdaşlıq ruhunun ön planda olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu danışıqlarda ikitərəfli münasibətlərin inkişafı üçün lazımi dəstəklərin verilməsi və diplomatik, iqtisadi əlaqələrin gücləndirilməsi xüsusi diqqət mərkəzində olub.

İran lideri həmçinin Tacikistan Prezidenti Emoməli Rəhmonla keçirdiyi görüşdə iki ölkə arasında iqtisadi, elmi və nəqliyyat sahələrində əməkdaşlığın genişləndirilməsinin zəruriliyi barədə razılığa gəldiklərini deyib. O, bu əlaqələrin dərinləşdirilməsinin tərəfdaşlığın strateji əhəmiyyətini artıracağını bildirib.

Prezident Pezeşkian ümumi qiymətləndirməsində vurğulayıb:
“Belə səfərlər İslam dünyasında ölkələrarası münasibətlərin möhkəmlənməsinə ciddi imkanlar yaradır. Elmi, nəqliyyat və mədəniyyət sahələrində əməkdaşlıq yalnız prezidentlər səviyyəsində məhdudlaşmamalıdır. Nazirlər və onların müavinləri də əldə olunan razılaşmaları praktik gündəmlərinə daxil etməlidirlər.”

Qeyd edək ki, 4 iyul 2025-ci il tarixində Azərbaycanın Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının XVII Zirvə Görüşü keçirilib. Zirvə çərçivəsində bir sıra ölkə liderləri arasında ikitərəfli və çoxtərəfli danışıqlar baş tutub.

Chosen
6
50
turkic.world

10Sources