ABŞ-ın Texas ştatında baş verən güclü yağışlar nəticəsində Guadalupe çayının daşması ağır fəsadlara səbəb olub. "The Guardian" nəşrinin məlumatına görə, cəmi bir neçə saat ərzində suyun səviyyəsi 8 metrə qədər qalxıb.
Musavat.com xəbər verir ki, daşqın nəticəsində azı 24 nəfər həyatını itirib, ölənlər arasında uşaqlar da var.
Yerli hakimiyyətin məlumatına görə, hazırda "Camp Mystic" adlı düşərgədə istirahət edən 23 qız axtarışdadır. Hadisə şahidlərinin dediyinə görə, düşərgə tamamilə su altında qalıb və demək olar ki, dağılıb.
Hadisə yerinə fövqəladə xidmətlər, xilasedicilər və helikopterlər cəlb olunub. Axtarış-xilasetmə işləri davam edir. ABŞ Milli Qvardiyası da prosesə qoşulub. Hakimiyyət orqanları yaxın saatlarda daha dəqiq məlumatların veriləcəyini bildiriblər.
Musavat.com