EN

Fazil Mustafa: Dini humanist dəyərləri göstərməklə islamafobiyanın qarşısını almaq olar

İnancımızı radikalizmə yuvarlanmadan dini humanist dəyərlərlə göstərsək, islamafobiyanın da qarşısını almış olarıq.

APA xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa qanvermə aksiyasında jurnalistlərə bildirib.

"Bu humanitar aksiyadır. Burada daha sivil formada insanların öz inanclarını dünyaya göstərməkdən söhbət gedir. Ona görə də, bu aksiyada iştirak etdik. Bu, Azərbaycanın hər yerində yayılmalı, insanlar məsələləri qabartmaq yerinə öz inanclarını faydalı şəkildə cəmiyyətə təbliğ etməlidir",- deputat bildirib.

Chosen
154
21
apa.az

10Sources