Ermənistanda “Kamk” təşəbbüsünün lideri Vaaqn Çaxalyan məhkəmənin qərarı ilə iki ay müddətinə həbs edilib.
Viral.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə onun oğlu Ruben Çaxalyan sosial şəbəkələrdə məlumat verib.
Bildirilib ki, qərarı hakim Nelli Bağdasaryan qəbul edib. V.Çaxalyan “Nubaraşen” cəzaçəkmə müəssisəsinə köçürülüb.
Son Yazılar:
- Ermənistanda müxalif hərəkat rəhbəri iki ay müddətinə həbs edildi
- Dövlət Yanğın Nəzarəti Xidməti Astarada yanğın təhlükəli obyektin fəaliyyətini dayandırıb
- Müəyyən zamanlarda bəzi qruplar dini məsələlərdə problem yaratmağa cəhd göstərib
Onun adı “Müqəddəs mübarizə” hərəkatı ilə bağlı işdə keçir ki, bu çərçivədə iyunun 26-da terror aktı hazırlamaqda və hakimiyyəti qəsb etməkdə ittiham olunan 16 nəfər həbs edilib.
Xatırladaq ki, arxiyepiskop Baqrat Qalstanyan və onun bir neçə tərəfdarı iyunun 25-də genişmiqyaslı axtarışlar və saxlanılmalardan sonra həbs edilib.