EN

Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra, sanksiyalar tətbiq edə bilər

Azpolitika.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Avropa İttifaqı (Aİ) iyulun 15-də Brüsseldə üzv dövlətlərin XİN başçılarının müzakirəsinə İsrailə qarşı bir neçə məhdudlaşdırıcı tədbir variantını təqdim etməyi planlaşdırır.

“Report” xəbər verir ki, bu barədə “Euractiv” portalı mənbələrə istinadən məlumat yayıb.

Bu tədbirlər İsrailin Qəzza zolağındakı fəaliyyəti ilə bağlıdır.

Bir neçə ssenari nəzərdən keçirilir. Buraya İsrailin Aİ ilə assosiasiya sazişinin tam və ya qismən dayandırılması, məmurlara, hərbçilərə qarşı sanksiyalar və s. daxildir.

Bundan əlavə, ticarətlə bağlı məhdudlaşdırıcı tədbirlər, silah tədarükünə embarqo və İsraillə elmi əməkdaşlığın dayandırılması da nəzərdə tutulur.

Qeyd olunub ki, bu variantların əksəriyyəti əvvəlki danışıqlarda müzakirə edilsə də, indi onlar ilk dəfə rəsmi olaraq yazılı şəkildə təqdim ediləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
6
47
azpolitika.info

10Sources