EN

Bakıda keçiriləcək UNESCAP-ın 82-ci sessiyasına hazırlıq müzakirə edildi (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyulun 5-dəBMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının(UNESCAP) icraçı katibi Armida Salsiya Alişahbana ilə görüşüb.

Trend xəbərverir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Bildirilib ki, görüşdə A.Alişahbananın İqtisadi ƏməkdaşlıqTəşkilatının Xankəndi şəhərində keçirilən 17-ci Zirvə görüşündəiştirakının önəmi qeyd edilib.

Azərbaycan ilə UNESCAP arasında uzunmüddətli tərəfdaşlığınsəviyyəsindən məmnunluq ifadə olunub.

Gələn ilin aprel ayında Bakı şəhərində keçirilməsi nəzərdətutulan UNESCAP-ın 82-ci sessiyasına hazırlıqla bağlı məsələlərətrafında fikir mübadiləsi aparılıb.

Görüş zamanı Azərbaycan ilə UNESCAP arasında qarşılıqlı maraqdoğuran sahələrdə əməkdaşlıq perspektivləri müzakirə olunub,həmçinin BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçünXüsusi Proqramı – SPECA çərçivəsində səmərəli işbirliyinin davametdirilməsinin əhəmiyyəti vurğulanıb.

Bakıda
Bakıda
Chosen
28
50
az.trend.az

10Sources