EN

Gənclər və İdman Nazirliyində UNESCAP-ın İcraçı katibi ilə görüş olub

Yazını böyüt
Yazını kiçilt

İyulun 5-də gənclər və idman naziri Fərid Qayıbov İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü çərçivəsində ölkəmizdə səfərdə olan Birləşmiş Millətlər Təşkilatı Baş katibinin müavini və BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) İcraçı katibi Armida Salsiah Aliscahbanla görüşüb.

Gənclər və İdman Nazirliyindən hafta.az-a verilən məlumata görə, görüşdə Azərbaycanla UNESCAP arasında ikitərəfli əməkdaşlıq məsələləri və gənclər siyasətinin inkişafı mövzusunda fikir mübadiləsi aparılıb.

Həmçinin gələcəkdə həyata keçiriləcək birgə layihələr və təşəbbüslərlə bağlı müzakirələr aparılıb.

 

Chosen
12
38
hafta.az

10Sources