EN

Sədr: Burada toplanılan qan müxtəlif qan xəstəlikləri ilə mübarizə aparan şəxslərə sərf olunacaq

Oxu.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

"Müstəqilliyimizdən sonra qanvermə aksiyalarının Aşura günündə keçirilməsi böyük əhəmiyyətə malikdir. Çünki bütün dinlərin, o cümlədən də islamın mahiyyətində bir insana həyat vermək bütün bəşəriyyətə həyat vermək kimi qiymətləndirilir".

Bunu Oxu.Az-a açıqlamasında Aşura günü ilə bağlı Azərbaycan İlahiyyat İnstitutunda keçirilən qanvermə aksiyasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın sədri Elnur Mustafayev deyib.

"Bugünkü qanvermə aksiyasını da biz çox yüksək qiymətləndiririk. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Qafqaz Müsəlmanları İdarəsi və digər dövlət təsisatlarının birgə təşkilatçılığı ilə həyata keçirilən bu aksiya, qeyd etdiyim kimi, böyük əhəmiyyətə malikdir. Çünki bu gün burada toplanılan qan müxtəlif qan xəstəlikləri ilə mübarizə aparan şəxslərə sərf olunacaq", - deyə E.Mustafayev bildirib.

Əzizə İsmayılova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
4
9
oxu.az

10Sources