EN

SAXAL-ın İran marşrutu

“F-16” və “F-15” qırıcı təyyarələrinin yanacaq çənlərinin (“F-35”də isə ümumiyyətlə xarici yanacaq çəni və silah asqıları olmur) Xəzər dənizinin Mazandaran, bəlkə də Gilan sahillərində tapılması barədə.

Bunun nə dərəcədə həqiqət olduğunu bilmirik. Şəkillər bilərəkdən elə çəkilib ki, açıq mənbəli kəşfiyyatçılar (OSINT) coğrafi yerini müəyyən edə bilməsinlər. Hərçənd bu məlumatın artıq hərbi sirr statusu yoxdur. Əksinə, sən bu görüntülərlə düşmənə, “Artıq sənin taktiki metodlarını yaxşı bilirəm”, – deyirsən.

Çox böyük ehtimalla, bu görüntülər İranın müəyyən strukturlarının daxilindəki siyasi məqsədlərlə çəkilib. Pezeşkianın Xankəndinə gəlişindən əvvəl, İranın siyasi rəhbərliyinin bu cür düşündüyünü fərz etmək olardı. Amma indi aydındır ki, bu ya ölkənin bəzi hərbi (və ya yarımhərbi) strukturlarının məsuliyyətdən yayınmaq üçün hazırladığı elementdir, ya da əgər bu hərəkət ali siyasi rəhbərlik səviyyəsində sanksiyalaşdırılıbsa – o zaman bu, sadəcə adi təzyiq və müəyyən güzəştlər əldə etmək üçün alət kimi istifadə olunur.

Mən bu varianta baxacağam: əgər həqiqətən bu yanacaq çənləri Gilan və Mazandaran sahillərində tapılıbsa...

Hava hücumundan müdafiə və aviasiya zabitləri belə şeylərə təbii hal kimi baxırlar. Amma adi vətəndaşa bunu izah etmək lazımdır.

Görünən odur ki, ikinci hücum dalğası – yəni nöqtə deyil, daha kütləvi zərbələrlə Tehranın ətrafına F-15-lərlə zərbə endirilməsi – aşağıdakı uçuş marşrutu ilə həyata keçirilib: İsrail – Homs – Rəqqa – Həsəkə – Mosul – Təbriz – Təbriz – Ərdəbli şossesi ilə Ərdəbil – oradan isə Alborz dağ silsiləsi arxasında gizlənərək, çəkinmədən və rahatlıqla Tehranın hava məkanına daxil olub.

Bu marşrut relyefin, dağların və dağ silsilələrinin yaratdığı çoxsaylı qatlardan dolayı yerüstü radarlar üçün qapalıdır. Bu, hava məkanı buranı izləyən radarlar və Hava Hücumundan Müdafiə Kəşfiyyatı üçün ən çətin, ən az informasiya verən ərazidir.

Müharibə şəraitində bu əraziyə patrul üçün mütləq DRLO (xalq arasında AWACS kimi tanınan) təyyarələri qaldırmaq lazımdır. Amma məlumdur ki, İranın belə təyyarələri yoxdur.

Bu marşrut çox sayda döngə və ya çevrə uçuşları tələb etmir – bu isə yanacaq sərfi çox olan hərbi təyyarələr üçün vacibdir. Əvəzində bu marşrut taktiki üstünlük verir. Tehranın Hava Hücumundan Müdafiə sistemlərini qəfil yaxalamaq və zərbəyə məruz qoymaq üçün ideal imkan yaradır.

İsrailin Hərbi-Hava Qüvvələrinin əməliyyat şöbəsi ehtimal edirdi ki, ilk zərbələrdən sonra İranın Hava Hücumundan Müdafiə idarəetməsi dağılacaq, lakin sağ qalan hissələr hələ də döyüş qabiliyyətini saxlayacaq.

Yəqin ki, paytaxtın dərinliklərində heç vaxt siqnal verməmiş, yəni nə kosmosdan, nə radiotexniki, nə də agentura kəşfiyyatı vasitəsilə aşkarlanmış ehtiyat HHM nöqtələri və mövqeləri var.

Bu dar sektorda – Tehranın hava məkanında – onların öz optik, infraqırmızı və radiotexniki vasitələri, ilk zərbələr nəticəsində parçalanmış olsa belə, hələ də effektiv ola bilər.

Buna görə də, Alborz dağlarından “atlayaraq” hücum HHM vasitələrini qəfil yaxalayıb, aviasiyanın gücü ilə məhv etmək üçün ən düzgün seçim idi.

Əgər “F-15” 4800 litrlik (və ya 4400 – fərqi yoxdur) 2 əlavə yanacaq çəni götürərsə, o zaman 11.500 litrlik yanacaqdan 4800 litri çıxdıqdan sonra ona 7600 kiloqramlıq (7.6 ton) silah və bomba yükü üçün yer qalır.

Bir HHM divizionunu məhv etmək üçün 100 kiloqramlıq bomba kifayətdir. Bu zərbədən sonra HHM divizionu sadəcə zəif təlim keçmiş bir piyada rotasına çevrilir – təbii ki, əgər komandanlıq özü nazik betonla örtülmüş kaponirdə ölməyibsə. (SSRİ-də belə kaponirlərin betonu xruşşovkaların arakəsmələri qədər nazik idi.)

Amma təcrübəli və möhkəmləndirilmiş bir piyada mövqeyini məhv etmək üçün 30 ton döyüş sursatı tələb olunur ki. Amma İsrail təyyarələrinə belə bir tapşırıq isə verilməmişdi.

Görünən odur ki, türklər həyəcan siqnalı verib təyyarələrini havaya qaldırdılar, Rəştdə isə HHM və radar bölmələri bombalandı – bu mənim versiyamı demək olar ki, təsdiqləyir.

Onlar, yəqin ki, Türkiyə, İraq və İran sərhədlərinin birləşdiyi nöqtədən keçərək hücum etdilər.

Chosen
33
50
vaxt.az

10Sources