Rusiya Daxili İşlər Nazirliyi (DİN) açıqlayıb ki, pasportlarda “milliyyət” bölməsinin olmaması vətəndaşın şəxsiyyətinin müəyyənləşdirilməsində heç bir əhəmiyyət daşımır.
Publika.az TASS agentliyinə istinadla xəbər verir ki, nazirliyin açıqlamasına görə, milliyyət şəxsin kimliyinin müəyyənləşdirilməsi üçün vacib məlumat kateqoriyasına daxil deyil.
"Bu bölmənin pasportdan çıxarılması Rusiya Federasiyası Konstitusiyasının 26-cı maddəsinin birinci hissəsində nəzərdə tutulan milli hüquqlarını pozmur, çünki vətəndaş öz milliyyətini digər rəsmi sənədlərdə göstərə bilər", - məlumatda bildirilib.
DİN qeyd edib ki, milliyyət – şəxsin özünü identifikasiya etməsinə əsaslanır və bu, subyektiv məfhumdur.