ain.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.
İstanbul nəhəngləri "Qalatasaray" və "Fənərbağça" "Lion"nun gürcü futbolçusu Giorgi Mikautadzeni sıralarına qatmağa çalışırlar.
Oxu.Az bu barədə "NTV Spor" nəşrinə istinadən xəbər verib.
Mənbə iddia edir ki, hazırda maddi çətinliklə üzləşən Fransa klubu da G.Mikautadzenin transferinin əleyhinə deyil. Artıq "Qalatasaray"ın 24 yaşlı hücumçu üçün 20 milyon avro vəsait ayırmağa hazır olduğu bildirilir.
Məlumat üçün əlavə edək ki, Giorgi Mikautadzenin "Lion"la 2028-ci ilə qədər müqaviləsi var.
Qeyd edək ki, 2024-cü il Avropa Liqasının V turu çərçivəsində keçirilən "Qarabağ" - "Lion" (1:4) oyununda G.Mikautazde dublla yadda qalıb.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.