EN

Axtarış aparıldı, 5 kilo narkotik aşkarlandı

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Orxan Qarayev saxlanılıb.

Sitat.info xəbər verir ki, DİN-in mətbuat xidmətindən verilən məlumata görə, axtarış zamanı ondan 5 kiloqram marixuana aşkarlanıb.

Həmin şəxsin narkotiki satış məqsədilə İran sakinindən əldə etdiyi müəyyən olunub.

Faktla bağlı cinayət işi başlanılıb, O.Qarayev barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir

Chosen
13
28
sitat.info

10Sources