"Mançester Siti" Kayl Uolkerla yolların ayrıldığını açıqlayıb.

Offsideplus.az xəbər verir ki, təcrübəli futbolçu karyerasını bu mövsüm yenidən Premyer Liqaya yüksələn "Börnli"də davam etdirəcək. O, yeni klubu ilə 2 illik müqavilə imzalayacaq.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Uolker 2017-ci ildən bəri "Mançester Siti"də çıxış edirdi. O, başa çatan mövsümün ikinci yarısını icarə əsasında "Milan"da keçirib.

35 yaşlı futbolçu "şəhərlilər"in heyətində 319 oyuna çıxıb və 6 qol vurub. O, burada 6 dəfə Premyer Liqanın, 1 dəfə isə Çempionlar Liqasının qalibi olub.