Bakı. Trend:
Ermənistanla Azərbaycanın imzalayacağı sülh sazişi bölgəninab-havasını dəyişəcək. Əldə olunacaq yaxınlaşma ilə yeni və tarixifürsət pəncərələrinin bir-birinin ardınca açıldığının şahidiolacağıq.
Trend xəbər verirki, bunu Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Azərbaycansəfərindən geri qayıdarkən təyyarədə jurnalistlərə verdiyiaçıqlamada deyib.
“Cənubi Qafqazda sülh və sabitlik hər kəs üçün fayda gətirir.Azərbaycanla Ermənistan arasında davam edən sülh prosesinindiplomatik çərçivəsi artıq tamamlanıb. 2024-cü ilin sonundaBrüssel, Moskva və Tbilisidə keçirilən görüşlər nəticəsində sülhsazişinin son mətni üzərində razılıq əldə olunub.
Ermənistan əvvəlcə Zəngəzur dəhlizinə qarşı çıxsa da, iqtisadiinteqrasiyada iştirak etmək üçün daha çevik yanaşma nümayişetdirməyə başlayıb. Bu bölgənin inkişafı təkcə Azərbaycan üçündeyil, Ermənistan üçün də, bizim üçün də, İran və digər ölkələrüçün də bir fürsətdir”, - deyə Ərdoğan vurğulayıb.
Türkiyə lideri bir daha Azərbaycan –Türkiyə münasibətlərininxüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
“Bizim Azərbaycanla olan hüquqi və mənəvi münasibətlərimiz digərölkələrlə olan əlaqələrdən fərqlənir. Biz Azərbaycanla yalnızdostluq deyil, eyni zamanda, qardaşlıq bağları ilə bir-birimizəbağlıyıq. “İki dövlət, bir millət” ifadəsi təsadüfi deyil, dərinmənalar daşıyır və konkret əsaslara söykənir. Biz bunu tarix boyudəfələrlə sübut etmişik. Buna görə də bu bölgədə baş verənhadisələrə kənardan və biganə şəkildə baxa bilmərik”, - deyəƏrdoğan vurğulayıb.