EN

Türkiyədən Putinə AĞIR SÖZLƏR: “O istəyir ki...”

“Rusiyanın bugünkü davranışları böyük dövlətlərə xas ənənələrlə ziddiyət təşkil edir. Böyük dövlətlər insan hüquq və azadlıqlarına hörmət edirlər və heç vaxt Rusiya kimi davranmırlar. Çünki bu davranışlar həmin dövlətin imicini ciddi şəkildə zədələyir. Zəngəzur dəhlizinin açılması istiqamətində ciddi adımların atılması Putini ciddi şəkildə narahat edir. Putin istəyir ki, qazanan tək Rusiya olsun. Buna görə də Rusiya prezidenti regionu xaosa sürükləyir”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında Türkiyənin beynəlxalq münasibətlər üzrə tanınmış analitiki, dosent Mustafa Özalp deyib. O, bildirib ki, Rusiya ilə Azərbaycan arasında mövcud gərginliyin tarixi 2024-cü ilin dekabrına qədər uzanır:

“Rusiya ilə Azərbaycan arasında mövcud gərginliyin tarixi 2024-cü ilin dekabrına qədər uzanır. Bəlli olduğu kimi, 2024-cü ilin dekabr ayında Rusiya Azərbaycana məxsus sərnişin təyyarəsini vurdu. Bundan sonra rəsmi Bakı ortaya qətiyyətli mövqe qoydu və Rusiyadan təyyarənin vurulmasında günahkar olan şəxslərin cəzalandırılmasını tələb etdi. Amma rəsmi Moskva bu tələbə əməl etmədi. Kreml iddia etdi ki, təyyarə şüurlu şəkildə deyil, səhv nəticəsində vurulub. Bundan sonra Rusiya və Azərbaycan arasında münasibətlər gərginləşməyə başladı. Rusiya ilə Azərbaycan arasındakı gərginlikdən danışarkən, 2020-ci ilin sentyabrında Azərbaycanın həyata keçirdiyi vətən müharibəsinə də toxunmaq lazımdır. Həmin vaxt Azərbaycan dövləti, xalqı və ordusu birlik və bərabərlik nümayiş etdirərək, qətiyyəli əks-hücum əməliyyatları ilə işğalda olan Azərbaycan torpaqlarını azad etdi. Çox maraqlıdır ki, həmin vaxt Rusiya bu prosesə maneə olmadı. Etiraf edək ki, Rusiyanın buradakı məqsədi Paşinyana müəyyən qədər gözdağı vermək idi. Rusiya ilə Ermənistan arasındakı münasibətlər gərginləşmişdi. Rusiya artıq Ermənistanın hamisi, dəstəkcisi deyildi. Azərbaycan yaranmış geosiyasi vəziyyətdən uğurla istifadə edərək, öz ordusunun gücü ilə torpaqlarını işğaldan azad etməyə müvvəffəq oldu”.  Sezar pizza

Mustafa Özalp vurğulayıb ki, Rusiyanın Azərbaycana və digər keçmiş post-sovet ölkələrinə təzyiq imkanları artıq minimuma enib:

“Bu gün Azərbaycan müstəqil dövlətdir və istənilən xarici ölkə ilə ikitərəfli, üçtərəfli əlaqələr qura bilər. Azərbaycanın daxili və xarici siyasətini müstəqil həyata keçirməsinə heç kim mane ola bilməz. Ancaq Rusiya bunu həzm etmir. Məsələnin mahiyyəti odur ki, 2020-ci ildə həyata keçirilən müharibədən və 2023-cü ildəki anti-terror əməliyyatlarından sonra Azərbaycan Qafqazda sürətlə yüksəlməyə və şərksiz lider dövlət olmağa başladı. Azərbaycanın bu yüksəlişi, müstəqil siyasəti və Azərbaycan hakimiyyətinin ortaya siyasi iradə qoyması Rusiyanı məmnun etmədiyinə görə münasibətləri kəskinləşdirmək, hətta düşmənçilik həddinə gətirmək siyasətini tutdu. Rusiya etiraf etməsə də, bütün dünya görür ki, Ukrayna ilə olan müharibə onu zəiflədib. Rusiyanın Azərbaycana və digər keçmiş post-sovet ölkələrinə təzyiq imkanları minimuma enib. Rusiyanın bu günkü davranışları böyük dövlətlərə xas ənənələrlə ziddiyət təşkil edir. Böyük dövlətlər insan hüquq və azadlıqlarına hörmət edirlər və heç vaxt Rusiya kimi davranmırlar. Çünki bu davranışlar həmin dövlətin imicini ciddi şəkildə zədələyir. Zəngəzur dəhlizinin açılması istiqamətində ciddi adımların atılması Putini ciddi şəkildə narahat edir. Putin istəyir ki, qazanan tək Rusiya olsun. Buna görə də Putin regionu xaosa sürükləyir. Rusiya əhalisi sürətlə qocalmağa doğru gedir və bu göstəricidə “liderdir”. Rusiyada ciddi demoqrafik problem var. Yaxın 30 ildə ruslar Rusiyanın sahib olduğu geniş coğrafiyaya tam nəzarət edə bilməyəcək”. 

Nazim Hacıyev


Telegram kanalımız
Chosen
11
50
yenisabah.az

10Sources