EN

Azərbaycan Dubayda keçiriləcək 57 ci Beynəlxalq Kimya Olimpiadasında təmsil olunacaq

Xalq qazeti saytından verilən məlumata görə, ain.az xəbər verir.

İyulun 6-dan 13-dək Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində 57-ci Beynəlxalq Kimya Olimpiadası (IChO) keçiriləcək. Bilik yarışında Azərbaycan da daxil olmaqla, 90-dan çox ölkədən 300-dən çox şagirdin iştirakı gözlənilir.

AZƏRTAC olimpiadanın saytına istinadla xəbər verir ki, tədbirin təşkilatçısı BƏƏ-nin Təhsil Nazirliyi, bilik tərəfdaşı isə BƏƏ əl-Ayn Universitetidir.

Beynəlxalq Kimya Olimpiadası istedadlı orta məktəb şagirdləri üçün nəzərdə tutulmuş ən nüfuzlu beynəlxalq elm müsabiqələrindən biridir.

Olimpiadanın ilk buraxılışı 1968-ci ilin iyununda Praqada, 56-cı buraxılışı isə Səudiyyə Ərəbistanında 2024-cü ilin iyul ayında keçirilib.

Qeyd edək ki, BƏƏ 2021-ci ildə yeniyetmələr arasında Elm Olimpiadasına və 2023-cü ildə isə Beynəlxalq Biologiya Olimpiadasına ev sahibliyi edib.

Şıxəli ƏliyevAZƏRTAC-ın xüsusi müxbiriQahirə

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
1
40
xalqqazeti.az

10Sources