EN

Avropa çempionatı: 5 güləşçimizin hamısı yarımfinalda

İtaliyanın Kaorle şəhərində güləş üzrə U-20 Avropa çempionatı davam edir.

İdman.biz xəbər verir ki, yarışın 6-cı günündə sərbəst güləşçilər son 5 çəkidə mübarizə aparırlar.

Xalçaya çıxan Azərbaycan güləşçiləri adlarını yarımfinala yazdırıblar.

U-20 Avropa çempionatı
Sərbəst güləş
6️1️ kq

Bəşir Verdiyev türkiyəli Yusuf Kulalıya (5:2) və britaniyalı Danuş Jovkara (14:4) qalib gələrək yarımfinala yüksəlib. O, bu mərhələdə rusiyalı Adlan Saytiyevlə (UWW) güləşəcək.

7️4️ kq
Omar Gülməmmədov polşalı Antoni Mayraka (13:3) və belaruslu Muslim Maxmudovu (12:2) məğlub edib. Güləşçimiz yarımfinalda italiyalı Raul Kasoyla qarşılaşacaq.

8️6️ kq
Məhəmməd Abbaszadə isveçrəli Nik Şerrerə (10:0) və moldovalı Alexandru Borsa (5:2) qalib gələrək yarımfinala yüksəlib. O, finala vəsiqə uğrunda türkiyəli Ahmet Yağanla üz-üzə gələcək.

9️2️ kq
Anar Cəfərli slovakiyalı Fabio Gianettodan (13:0) və ukraynalı Yeqor Horoxdan (9:6) güclü olub. Təmsilçimiz yarımfinalda rusiyalı Artur Toqoyevlə (UWW) gücünü yoxlayacaq.

1️2️5️ kq
Yusif Dursunov bolqarıstanlı Dian Manevə (12:1) və polşalı Mixal Dubovskiyə (11:0) qalib gələrək yarımfinala yüksəlib. Yusif yarımfinalda fransalı Levan Laqvilavayla güləşəcək.

Yarımfinallar Bakı vaxtı ilə 18:45-də start götürəcək.

Qeyd edək ki, bu gün sərbəst güləşçilərimizdən Vasif Bağırovla (57 kq) Muradxan Omarov (79 kq) final görüşünə çıxacaqlar. Rəvan Musayev (9️7️ kq) isə bürünc medal uğrunda mübarizə aparacaq.

İdman.biz

Chosen
3
50
idman.biz

10Sources