EN

Mingəçevirdə Kürdə iki kater toqquşdu - Yaralılar var+Yenilənib

Mingəçevirdə Kür çayında iki kater toqquşub.

“Qafqazinfo”nun məlumatına görə, hadisə nəticəsində azı 5 nəfər xəsarət alıb.

Xəsarət alanlar Mingəçevir Şəhər xəstəxanasına çatdırılıb. Yaralıların kimliyi araşdırılır.

Faktla bağlı araşdırma başlanıb.

***

Fövqəladə Hallar Nazirliyinə Kür çayının Mingəçevir şəhərindən keçən hissəsində 2 ədəd mühərrikli qayığın toqquşması barədə məlumat daxil olub.

FHN-dən “Qafqazinfo”ya bildirilib ki, məlumatla əlaqədar nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub və qayıqların vətəndaşlarla birgə sahilə çıxarılması təmin edilib.

Qəza nəticəsində su nəqliyyat vasitələrində olan 5 nəfər vətəndaş yüngül xəsarət alıb.

Ziya Əmirxanlı

Chosen
2
50
qafqazinfo.az

10Sources