EN

Yeni müqaviləsinin detalları açıqlandı: Maaşı bu qədər artıb

"Atletik Bilbao" klubunun cinah hücumçusu Niko Uilyamsın transferi üçün təyin olunmuş satış qiyməti 2026-cı ildən etibarən 100 milyon avro təşkil edəcək.

Publika.az xəbər verir ki, bu bənd tərəflər arasında iyulun 4-də imzalanan yeni müqavilədə yer alıb. Bu barədə jurnalist Fabritsio Romano məlumat verib.

Mənbənin sözlərinə görə, İspaniya millisinin üzvü illik 10 milyon avrodan çox qazanc əldə edəcək. Bu məbləğə məhsuldar oyunlar üçün nəzərdə tutulmuş bonuslar da daxildir. Bundan başqa, müqavilədə Uilyamsın milli komandadakı çıxışlarına görə əlavə ödənişlər də nəzərdə tutulub.

Chosen
197
32
publika.az

10Sources