EN

"Səs Azərbaycan"ın iştirakçısı öldürüldü

Azərbaycanlı müğənni Albina Pyakşeva dünyasını dəyişib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Bakı Caz Festivalının direktoru Leyla Əfəndiyeva Feysbuk hesabında yazıb.

"Albina Pyakşeva (1993-cü il təvəllüdlü) Meksika ilə ABŞ sərhədində keçid məntəqəsini keçmək istəyərkən öldürülüb", - paylaşımda bildirilib.

Qeyd edək ki, Pyakşeva Bakı Caz Festivalı çərçivəsində gənc ifaçılar arasında keçirilən "I am Jazzman" müsabiqəsinin finalçısı olub, "Səs Azərbaycan" ("Azərbaycanın səsi") proqramında iştirak edib./Kult.az

Chosen
6
50
bakivaxti.az

10Sources